1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məmmədyarov uduzdu, Rəcəbov və Məmmədovdan heç-heçə - YENİLƏNDİ
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturnirində bu gün IV turun qarşılaşmaları oynanılıb.
Sportnet.az-ın məlumatına görə, 5 görüşdən 3-ü Azərbaycan şahmatçılarının iştirakı ilə baş tutub. Teymur Rəcəbov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş 19-cu gedişdə heç-heçə ilə yekunlaşıb. Eyni nəticə daha 3 görüşdə, o cümlədən, Rauf Məmmədovun polşalı Radoslav Voytaşeklə oyununda qeydə alınıb.
Əvəzində Şəhriyar Məmmədyarov qara fiqurlarla bolqarıstanlı Veselin Topalova uduzub.
Turun nəticələri:
Sergey Karyakin (Rusiya) - David Navara (Çexiya) - 0,5:0,5
Aniş Giri (Hollandiya) - Dinq Liren (Çin) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Radoslav Voytaşek (Polşa) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Qeyd edək ki, ilk 4 turdan sonra Veselin Topalov 2,5 xalla liderdir. Bu tur da heç-heçəyə imza atmış 8 şahmatçı 2 xalla 2 - 9-cu yerləri bölüşürlər. Şəhriyar Məmmədyarov isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.