1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Məmmədyarov FİDE reytinqində gerilədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin may ayı üçün yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, ilk "100-lük"də Azərbaycanın 6 şahmatçısı yer alıb. Şəhriyar Məmmədyarov yeni reytinqə əsasən, 1 pillə geriləyib. 33 yaşlı qrossmeyster 2808 xalla 3-cü pillədə qərarlaşıb. FİDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2818 xalla 2-ci yerdədir.
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2751 xalla 16-cı, Rauf Məmmədov 2708 xalla 33-cü, Arkadi Naydiç 2697 46-cı, Eltac Səfərli 2657 xalla 92-ci, Qədir Hüseynov isə 2654 xalla 100-cüdür. Rəcəbov ötən siyahı ilə müqayisədə 2, Məmmədov 5, Səfərli 8 pillə irəliləyib. Əvəzində Naydiç 2, Hüseynov 4 pillə geriləyib.