Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.
Sportnet.az-ın məlumatına görə, qrossmeysterlər yarışın son iki günündə blits növündə mübarizə aparacaqlar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda çexiyalı David Navara ilə, Rauf Məmmədov hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək. Vüqar Əsədli isə ABŞ-dan olan Fabiano Karuananın müqavimətini qırmağa çalışacaq.
Bu gün ümumilikdə 7 tur oynanılacaq:
I tur
David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov
Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov
Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli
Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)
Qeyd edək ki, rapid növündəki yarışlardan sonra hazırda 16 xala malik olan Rabbort və Karyakin ilk iki pilləni bölüşür. Məmmədyarov və Karuana 14 xalla 3-4-cü yerlərdə qərarlaşıb. Məmmədov 9 xalla 5-ci, Navara 8 xalla 6-cı, Əsədli 4 xalla 7-ci, Anand isə 3 xalla sonuncu - 8-ci sıradadır. Vüqar Həşimov Memorialına dekabrın 23-də başa çatacaq. Qalib rapid və blitsdəki yekun nəticələrə əsasən bəlli olacaq.