
Tokio-2020 Yay Paralimpiya Oyunlarının rusiyalı gümüş medalçısı Aleksandr Rabotnitski Ukrayna ilə müharibədə ölüb.
Sportnet.az xəbər verir ki, 31 yaşlı idmançı döyüş zonasında kəşfiyyat bölüyünün komandiri olub.
O, martın 23-də həyatını itirsə də, məlumat indi yayılıb. Lakin paralimpiyaçının harada və hansı şəraitdə öldüyü bəlli deyil.
Qeyd edək ki, Aleksandr Rabotnitski pandemiya ilə əlaqədar 2021-ci ildə keçirilmiş Tokio-2020 Yay Paralimpiya Oyunlarında T20 (zehni problemli idmançılar) kateqoriyasında 1500 metr məsafəyə qaçış növündə ikinci yeri tutub. O, həmçinin analoji məsafədə 2019-cu ildə dünya çempionu, eləcə də iki dəfə Avropa çempionu olub.