
"Sabah" və Almaniyanın "Alba Berlin" klubları arasında keçirilmiş FIBA Çempionlar Liqasının II tur matçından sonra insident baş verib.
Sportnet.az-ın məlumatına görə, iki komandanın basketbolçuları qarşılaşmanın final fitinin ardından bir-biriləri ilə münaqişəyə giriblər.
Lakin konflikti tezliklə aradan qaldırmaq mümkün olub.
Qeyd edək ki, görüş "Alba Berlin"in qələbəsi ilə yekunlaşıb - 85:76.