1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yeni federasiya prezidenti danışdı
"Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin puşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti Cavid Qurbanov bu gün Milli Olimpiya Komitəsində keçirilən iclasda deyib.
Voleybolun zəruri, ancaq çox çətin idman növü olduğunu qeyd edib: "Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq".
İclasda iştirak edən gənclər və idman naziri Azad Rəhimov C.Qurbanovun idmançıların, voleybolçuların yanında olduğunu, onlara dəstək verdiyini deyib: "Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə, komandamızın 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmasıdır".
Qeyd edək ki, C.Qurbanov bu gün AVF-na prezident seçilib. O, Ziya Məmmədovu əvəzləyib.