"Azərreyl" klubu Almaniyanın voleybolçu qadınlardan ibarət milli komandasının sabiq üzvü Maqdalena Qrikaya borclu qalıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 25 yaşlı oyunçunun özü yerli mətbuata açıqlamasında bildirib. O deyib ki, borc Bakıda keçirilmiş 2017-ci il Avropa çempionatından sonra yaranıb: "Klubdan mənə dedilər ki, Avropa çempionatına çoxlu vəsait xərclənib. Halbuki, artıq özüm həmin komandanın oyunçusu idim. Nəticədə 2017-2018 mövsümünün ikinci yarısında Polşa çempionatına qayıtdım".
Qrika hazırda borcunu almağa çalışdığını vurğulayıb: "Pulumu verməsələr, Avropa Voleybol Konfederasiyasına şikayət edəcəyəm. Amma bu, çox vaxt aparacaq. Əlbəttə, buna görə klubu cərimələyə bilərlər".
Qeyd edək ki, Avropa çempionatı 2017-ci il sentyabrın 22-dən oktyabrın 1-dək keçirilib.