
Azərbaycan ilk dəfə hokkey üzrə beynəlxalq turnirdə təmsil olunacaq.
Sportnet.az teleqraf-a istinad xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Galaxy Cup” yarışında "Ocaq Sport" klubu iştirak edəcək.
Nüfuzlu yarışda “Ocaq Sport”un 2013 – 2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.
Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq.
Turnirdən öncə "Ocaq Sport"un açıq məşqi keçirilib. Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən məşqdə klubun İdarə Heyətinin sədri Vəfa Bəkərova və komandanın baş məşqçisi Aleksandr Blinov Teleqraf-ın suallarını cavablandırıb.
Nüfuzlu yarışda “Ocaq Sport”un 2013 – 2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.
Nüfuzlu yarışda “Ocaq Sport”un 2013 – 2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.
Bəkərova idmançıların öz güclərini göstərə biləcəklərinə inandığını söyləyib: "İki ilə yaxındır ki, buzüstü hokkey idman növünü inkişaf etdiririk. Komandamızda 40-dan çox hokkeyçi var. Qısa müddət ərzində bu qədər uşağı bir yerə yığdığımıza görə sevinirik. İdmançılarımızın beynəlxalq yarışda iştirak etməsi bizim üçün qürurverici hissdir. Məşqçilərimiz uğur qazanmaq üçün keyfiyyətli şəkildə çalışırlar. Hesab edirəm ki, hokkeyçilərimiz öz güclərini bu yarışda göstərə biləcəklər".
Blinov isə turnirə təcrübə toplamaq üçün yollanacaqlarını söyləyib: "Artıq ilyarımdır Azərbaycandayam. Burada möhtəşəm şəraitimiz var. Hətta deyərdim ki, Rusiyanın bir çox bölgəsində hokkey üçün belə şərait yoxdur. Həftədə 9 məşqimiz olur. Uşaqlarda həvəs yarandığı üçün sayımız da artır. Düşünürəm ki, qısa müddət ərzində əla nəticə əldə etmişik. Hazırda rəsmi olaraq 45 hokkeyçimiz var".
Baş məşqçi komandasından Dubayda ciddi nəticə gözləmədiyini açıqlayıb: "Bu, komandanın ilk beynəlxalq yarışı, hətta bir çox uşaq üçün ilk matç olacaq. Komandada müxtəlif yaş kateqoriyasından olan hokkeyçilər var. Bəziləri yarım il, digərləri bir il qabaq bizə qoşulub deyə, səviyyə fərqi də var.
Dubaya daha çox, uşaqları yarışlarla tanış etməyə gedirik. Bu turnirlərdən nəticə gözləmirəm. Əsas istək uşaqların təcrübə toplamalarıdır. Əsl oyunun, rəqibin nə olduğunu öyrənməlidirlər. Yarışda Rusiya, Oman və BƏƏ-nin təcrübəli komandaları iştirak edəcək. Ümumiyyətlə, Rusiyada hər həftəsonu oyunlar olur".
Qeyd edək ki, "Galaxy Cup" turniri 9-11 mayda təşkil olunacaq.