
Davit Volkov “Zirə”də 10-cu qolunu vurub.
Sportnet.az xəbər verir ki, gürcüstanlı legioner yubiley topuna Premyer Liqanın XVI turunda imza atıb.
“Keşlə” ilə səfər görüşündəki (2:2) qol Volkov üçün çempionatda 8-ci top olub. Daha iki dəfə kubokda fərqlənən forvard "Zirə"dəki qollarının sayını ümumilikdə 10-a çatdırıb.