
Türkiyədə futbol meydançalarının sayı 1365-ə çatıb.
Sportnet.az xəbər verir ki, bu barədə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın İstanbuldakı nümayəndəliyinin açılış mərasimində danışarkən deyib.
O, Türkiyədə hakimiyyətdə olduğu 23 il ərzində idmanla bağlı işlərindən danışıb:
"Qətiyyətlə demək istəyirəm ki, Olimpiya Oyunları da daxil olmaqla, bütün dünya miqyaslı yarışlara təşkilatçılıq etmə yükünü daşıya biləcək gücə artıqlaması ilə sahibik. Belə iddialı danışmağımızın arxasında son 23 ildə ölkəmizə qazandığımız əsərlər və proyektlər var. İdman yatırımlarında Türkiyəni fərqli bir səviyyəyə daşımışıq. İllərimizin ehtiyaclarına görə, yeni idman mərkəzlərini açmışıq. Toplam idman mərkəzinin sayını 1575-dən 4470-ə yüksəltmişik.
Süni örtüklü meydançalar, voleybol və basketbol meydançalarını məhəllələrə qədər yaymışıq. Futbol meydançası sayı 595-dən 1365-ə çıxıb. Türkiyənin hər bir tərəfində stadionlar var. Üzgüçülük hovuzları, futbol meydanları, gənclər mərkəzləri, idman salonları, atletlər üçün qaçış zolaqları inşa etmişik.
İdman salonlarının sayını 372-dən 904-ə çatdırdıq. Futbolda yararsız halda olan stadionları sökərək yerində beynəlxalq tələblərə cavab verən böyük tutumlu yeni stadionlar tikdirmişik. Türkiyədə inşa olunan stadionların 38-i xidmətə başladı, 4-nün isə inşası davam edir".
Ərdoğan bunlardan əlavə, idmana təsir edən infrastruktur çatışmazlıqlarını da ciddi ölçüdə tamamladıqlarını söyləyib: "Xüsusən, sürətli qatar, hava limanları, avtomobil yolları, bölünmüş yollar, körpülər və digərlərini istifadəyə vermişik.
Hava limanı sayımız 26-dan 58-ə qalxdı. Türkiyənin lokomotiv şəhəri İstanbulda da çox önəmli proyektlərə imza atdıq. Ölkəmizdə idmanın layiq olduğu səviyyəyə çatması və Türkiyənin infrastrukturunun dünya standartlarına çatması üçün səfərbərlik ruhu ilə çalışdıq. UEFA-nın İstanbul nümayəndəliyinin açılması ilə biz bu səyləri daha yüksək səviyyəyə qaldırırıq".
Tsürkiyə prezidenti UEFA-nın London və Brüsseldən sonra İstanbulda açdığı nümayəndəliyin önəmini də vurğulayıb: "UEFA ilə daha çox əlaqə saxlayıb, birgə layihələr həyata keçirəcəyik. Nümayəndəlik həm də regional federasiyalarla daha sürətli əlaqə və koordinasiya yaratmağa imkan verəcək”.
Qeyd edək ki, açılış mərasiminə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də qatılıb.