
"Zirə" və "Araz-Naxçıvan" arasındakı Azərbaycan Premyer Liqasının I tur matçında insident baş verib.
Sportnet.az xəbər verir ki, 57-ci dəqiqədə meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov qonaq komandanın futbolçusu Felipe Santosla münaqişəyə girib.
Buna braziliyalı hücumçunun 43 yaşlı mütəxəssisin əlindəki topu vurub yerə salmaqla alması səbəb olub.
Sadıqovun Santosa qarşı iradlarına "Zirə"nin futbolçularından bəziləri də qoşulublar. Bir müddət davam edən insidenti hakimlər və digər oyunçuların müdaxiləsindən sonra yatırmaq mümkün olub.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.