"Sabah bizi çətin oyun və çətin rəqib gözləyir".
Sportnet.az xəbər verir ki, bunu İslandiya millisinin baş məşqçisi Hakon Haraldsson Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup oyunundan əvvəl mətbuat konfransında deyib.
22 yaşlı cinah yarımmüdafiəçisinin sözlərinə görə, ilk matçda 5:0 hesablı qələbə motivasiyalarına təsir edə bilməz. O, qarşılaşmaların bir-birindən fərqli olacağını söyləyib.
Qeyd edək ki, noyabrın 13-də "Palms Sports Arena"da keçiriləcək Azərbaycan - İslandiya oyunu saat 21:00-da başlanacaq.













































































