2026-cı il dünya çempionatına Avropadan daha bir vəsiqənin sahibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu hüquqa F qrupundan Portuqaliya yiyələnib.
Kapitan Kriştianu Ronaldunun cəza üzündən oynamadığı matçda pireneylilər evdə Ermənistanı darmadağın edib - 9:1.
Meydan sahiblərinin qollarına Renatu Veyqa 7-ci, Qonsalu Ramuş 28-ci, Juan Neveş 30, 41, 81-ci, Brunu Fernandeş 45+3 (penalti ilə), 52 və 72-ci (penalti ilə), Fransişku Konseysao 90+2-ci dəqiqələrdə imza atıb. Ermənistan millisindən isə Eduard Spertsyan 18-ci dəqiqədə fərqlənib.
Beləliklə, Portuqaliya xalını 13-ə yüksəldib və qrupun qalibi kimi DÇ-2026-ya birbaşa vəsiqə əldə edib. Qrupun digər matçında səfərdə Macarıstanı 3:2 hesabı ilə yenən İrlandiya isə ikinci yeri tutub və pley-offda iştirak hüququ qazanıb.








































































