"Qarabağ" İngiltərədə "Nyukasl"a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisinin hücumçusu Kamilo Duran 68-ci dəqiqədə topla irəlilədiyi vaxt heç bir müdaxilə olmadan ayağını tutaraq, yerə yıxılıb.
Tibbi müdaxiləyə baxmayaraq, kolumbiyalı forvard matça davam edə bilməyib. Onu ukraynalı yarımmüdafiəçi Aleksey Kaşuk əvəzləyib.
Qeyd edək ki, hazırda "Nyukasl" hesabda öndədir - 3:2. Kamilo Duran bu mövsüm Çempionlar Liqasında 5 qol vurub. O, "Qarabağ"ın ən məhsuldar oyunçusudur.














































































