Azərbaycan Premyer Liqasında XXVII turun "Turan Tovuz" - "Sumqayıt" matçının keçiriləcəyi məkan dəqiqləşib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma aprelin 12-də Tovuz şəhər stadionunda təşkil olunacaq.
Stadionda aparılmış inspeksiya nəticəsində belə bir qənaətə gəlinib. Rəsmi qərarın tezliklə açıqlanacağı gözlənilir.
Qarşılaşmanın saat 18:00-da startı nəzərdə tutulub.
Qeyd edək ki, Tovuz şəhər stadionu ot örtüyündəki problemlər üzündən bir müddətdir təmirə bağlanılmışdı.













































































