Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqədə 3 bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, sonuncu yarış günündə milli komanda aktivinə daha 2 medal yazdırıb.
100 kq-dan yuxarı çəki dərəcəsində Camal Qamzatxanov üçüncü yer uğrunda görüşdə rumıniyalı Darius Dobreyə, Uşanqi Kokauri özbəkistanlı Muxammadkodir Mansurova qalib gəlib.
Xatırladaq ki, daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) də bürünc medal əldə edib. Beləliklə, Azərbaycan millisi 34 ölkə arasında 13-cü yeri tutub.















































































