"Qələbəyə köklənmişdik, amma bir qol oyunun taleyini həll etdi. Həmin qoldan sonra sistemdə dəyişikliklər etdik, əvəzetmələrə əl atdıq, amma alınmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, rəqibin müdafiə xətti çox güclü olsa da, komandasımeydançada böyük əzmkarlıq göstərib.
Bu məğlubiyyətdən sonra "Karvan-Yevlax“ın I Liqaya enişi dəqiqləşib. Baş məşqçi bunu buraxılan səhvlərlə əlaqələndirib: "Bu mövsüm çox səhvlər etdik. Elə oyunlar oldu ki, uşaq səhvlərinə yol verdik. Halbuki həmin xallar bizə hava və su kimi lazım idi".
Məmmədovun fikrincə, komandada yenidən Premyer Liqaya qayıtmaq üçün hər cür şərait var: "Yaxşı komanda qurmalıyıq. Çempionat başa çatdıqdan sonra rəhbərliklə danışacağam".




















































































