"İnter"lə Avropa Liqasının II mərhələsinin cavab oyununda penaltilər seriyasında qalib gələn İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Miyan oyun haqda danışıb. Sportnet.az-ın məlumatına görə, Miyan bunları bildirib:
"Bizim oyun planımız var idi. Bu gün yaxşı formada idik. Oyunun əvvəlində penaltini vura bilməməyimiz futbolçularda psixoloji gərginlik yaratdı. "İnter" yaxşı oyun göstərdi".
- Oyun planınıza rəqibin azlıqda qalması və penaltilər seriyası daxil idi?
- Oyunçu azlığı bizim planımıza daxil deyildi. Ancaq əlavə vaxta və penaltilərə hazır idik. Bəzi futbolçular penaltini vurmaq istəmirdi, lakin sonra oyunçularla razılaşdıq".
- Qeyd etdiniz ki, yaxşı oynadıq. Ancaq hücum edən tərəf "İnter" oldu və oyun 120 dəqiqə davam etdi...
- Mən yenə də bu fikirdəyəm. Biz evdə oyunu uduzandan sonra qərara aldıq ki, "İnter"i topla oynamağa qoymayaq. Biz İsveçi Avroliqada təmsil etməyə hazırlaşırıq.
- Əgər 11-11-ə və başqa hakim olsa, necə olardı?
- Bəlkə də biz aprel və dekabrda oynasaq başqa cür olardı. Ancaq mən bilirəm ki, hakimlərin də güclü və zəifi olur.