
Futbol üzrə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Rusiya yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, millinin mətbuat xidmətindən "Report”a verilən məlumata görə, matçlar martın 22-si və 25-də Bakıda keçiriləcək. Qarşılaşmaların hansı stadionda baş tutacağı hələlik bilinmir.
Qeyd edək ki, Rusiyada U-19 komandası olmadığı üçün Bakıya 2000-ci il təvəllüdlü futbolçulardan təşkil edilmiş U-18 kollektivi səfər edəcək. Növbəti tsiklə hazırlaşan Azərbaycanın U-19 millisi də 2000-ci il təvəllüdlü oyunçulardan formalaşdırılıb.