Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlan və qızlar arasında şəxsi yarışlarda qrup mərhələsinə yekun vurulub.
Sportnet.az-ın Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, oğlanların şəxsi yarışında Aqil Qəbilov, Diki Pangestu və Məhəmməd Xadafi qrup mərhələsini adlayaraq 1/4 finala vəsiqə qazanıb. Qızların mübarizəsində Era Maftuha ən güclü 8 badmintonçu sırasına yüksəlməyə müvəffəq olub.
Nigar Əliyeva və Həcər Nuriyeva isə qrup mərhələsində mübarizəni dayandırıb.
1/4 final mərhələsinin görüşləri sabah baş tutacaq. Aqil Qəbilov yarımfinala yüksəlmək uğrunda Rusiya badmintonçusu Əmir Hamidullinlə qarşılaşacaq. Bu mərhələdə Diki Pangestunun rəqibi özbəkistanlı badmintonçu Biloliddin Koçkarboev olacaq.
Məhəmməd Xadifi ən güclü 4-lüyə vəsiqə qazanmaq üçün Qazaxıstan təmsilçisi Dmitriy Panarinin müqavimətini qırmağa çalışacaq. Era Maftuha isə qızların şəxsi yarışında 1/4-də özbək Sevinc Sodikova ilə görüşəcək.
Mərhələnin oyunları sabah Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Sabah həmçinin qarışıq-qoşa, oğlan və qızların qoşa yarışlarında pley-offa vəsiqə qazanan badmintonçular müəyyənləşəcək.