
"Avrokuboklarda oynamağımız sırf azarkeşlərimizin əməyinin nəticəsidir".
Sportnet.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Misli Premyer Liqasının 36-cı turunun "Qəbələ" ilə oyunundan (1:0) sonra deyib.
Mütəxəssis komandanı sonadək dəstəkləyən azarkeşlərə təşəkkür edib: "Onlar 12-ci oyunçu kimi necə dəstək olmağın gərəkliyini göstərdilər. Futbolçularım da sağ olsunlar. Çox yaxşı mövsüm keçirdilər. Ruh olaraq, möhkəmləndik. Uduzduğumuz oyunlar da var idi. Çoxları düşünə bilərdilər ki, təzyiqə düşə bilərik. Çempionatı yaxşı məcrada başa vurdular. Avrokuboklara getməyi qarşımıza məqsəd qoymasaq da, layiqli oyunumuzla buna layiq olduq. Çempionatdakı kimi, avrokuboklara da təcrübə kimi yanaşacağıq. Bu gün azarkeşlərimiz artıb, legionerlər cəlb edə bilərik. Qışda elə oyunçular olub ki, bizim turnir cədvəlində ikinci yerdə olduğumuzu görərək, bizə 1 milyon qiymət oxuyublar. Ötən il həddindən artıq rahat olduğumuz üçün bu mövsüm yaxşı heyət qurduq.İyulun 11-dək keçirəcəyimiz ilk oyunadək istədiyimiz oyunçuları gətirməyimiz çətin olacaq. Lakin avrokuboklarda da yetərincə iddialı olacağıq".