Braziliyalı atlet Tiaqo Braz Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.
Sportnet.az xəbər verir ki, buna səbəb idmançının dopinqdə “ilişməsi” olub.
Şüvüllə hündürlüyə tullanma növündə çıxış edən 30 yaşlı Brazın qanında qadağan olunan “ostarine” maddəsi tapılıb. Bu səbəbdən o, 1 il 4 ay müddətinə diskvalifikasiya edilib.
Qeyd edək ki, braziliyalı Rio-2016-nın qızıl, Tokio-2020-nin bürünc mükafatçısıdır.