Gənclər və idman naziri Azad Rəhimov İsveçrənin Lozanna şəhərində səfərdədir. Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səfərin məqsədi Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasında iştirak etməkdir.
Səfər çərçivəsində nazir Azad Rəhimov Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki, EOC Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro, EOC idarə heyətinin üzvü Xristof de Kiperlə görüşüb. Görüşlər zamanı "Bakı 2015" I Avropa Oyunlarında yüksək səviyyədə görülən işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.
Eyni zamanda, bu il Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası, Formula 1 üzrə Abropa Qran Prisi, 2017-ci il İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.