1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015" məşəli daha iki məkanda
"Bakı 2015" I Avropa Oyunlarının Məşəli ötən gün Oğuz və Şəkidə qarşılanıb. Sportnet.az-ın məlumatına görə, Oğuzda 2,33 km-i əhatə edən estafet yürüşünə Heydər Əliyev prospektinin Saleh Qazıyev və Mirzə Ələkbər Sabir küçələri ilə kəsişməsində Rəfiqə Babayeva start verib.
Bayraq meydanına qədər yürüşü Dinara Salamova, Ehtiram Nəsibov, Ziya Cumayəddin, Elvin Qarayev, Ətayə Ramazanova, Cavidan Həsənov, Müslüm Mövludov və Vüqar Bəkirov davam etdiriblər. Burada Araz Umarov Olimpiya Kompleksinin ərazisinə daxil olaraq, son məsafəni qət edib. O, digər həmkarlarının müşayiəti ilə kompleksdə quraşdırılmış səhnənin önünə gəlib və "Bakı 2015" çırağını yandırıb.
Bakıda Atəşgah məbədində ilk məşəlin alovlandırılması mərasimindən videofraqmentlər, birinci Avropa Oyunlarına həsr olunmuş təbliğat çarxı nümayiş etdirildikdən sonra məşəlçilər səhnəyə dəvət olunublar. "Bakı 2015"in Oğuza hədiyyəsi olan çırağın təhvil verilməsi mərasimi olub. 16 yaşlı Nurtac Kazımova çırağı rayon ictimaiyyətinin nümayəndəsinə təhvil verib.
Sonra "Bakı 2015" alovu dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşən qədim Şəkiyə gətirilib. Məşəl karvanı əvvəlcə qədim Kiş kəndinə gəlib. Burada aparılan fotoçəkilişlərdən sonra karvan Şəki qala divarları önünə gəlib.
Xan sarayında birinci məşəlçi Sədaqət Məmmədzadənin iştirakı ilə aparılan çəkilişlərdən sonra elə buradan estafet başlanıb. 2,2 km-lik məsafəni Mirzə Fətəli Axundzadə prospekti və 20 Yanvar küçələrindən keçərək, Heydər Əliyev prospekti ilə davam edən yürüşdə Aqşin İbrahimov, Zəminə Rəsulova, Samir Əsgərov, Seymur Qasımzadə, Bəkir Xəlilov, Qabil Qədimov, İntiqam Əmrahov, Məmmədnuru Əzizov, həmçinin Avropa Oyunlarının rəsmi dəstəkçilərindən "Bazarstore”nin nümayəndəsi Günay Məmmədova və "Bakı 2015"in ulduz elçisi Vaqif Rəsulov davam etdiriblər. Respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə məşəllə Məhəmməd Əmin Rəsulzadə və Mirzə Fətəli Axundzadə prospektlərinin kəsişməsində qurulmuş səhnə önünə qədər məsafəni həmkarlarının müşayiəti ilə qət edib.
Həmin vaxt burada Alov festivalı başlanıb. Yerli incəsənət və mədəniyyət ustalarının ifasının, milli rəqslərin xüsusi ovqat bəxş etdiyi izdihama "Bakı 2015"in alov səyahəti barədə məlumat verən aparıcı estafetin son iştirakçısını səhnəyə dəvət edib. Mərasimə toplaşan izdihamlı kütlənin gur alqışları ilə sonuncu məşəlçi səhnəyə qalxaraq, Oyunların sonuna qədər söndürülməyəcək daha bir "Bakı 2015" çırağını alovlandırıb.
Qələbəlik, izdiham şəratində keçən tədbirdə Atəşgah məbədində alovun alınması mərasimi barədə videokadrlar və "Bakı 2015"ə həsr olunmuş təqdimat çarxının nümayişindən sonra məşəlçilər səhnəyə dəvət olunublar. Sonra çırağın Şəkiyə təqdim olunması mərasimi keçirilib. Onu ictimaiyyətinin nümayəndəsinə 17 yaşlı Orxan Ramazanov təhvil verib.
Könüllülərin və sakinlərin havalandırdıqları şarlar, sülh elçisi göyərçinlər mərasimə rəngarənglik gətirib. "Bakı 2015" üçün hazırlanmış möhtəşəm "Alov rəqsi”nin səhnə obrazı və musiqisinin sədalarının major notları ilə eyni məqamda səmaya açılan fişənglərin gətirdiyi coşğu ilə bayram ovqatı kulminasiya nöqtəsinə çatıb.
Bakı 2015 alovu səyahətini bu gün İsmayıllı rayonunda, günün ikinci yarısında isə Qəbələdə növbəti festivalla davam etdirəcək.