Dünya futbolunun əfsanəsi Pele gələn il Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə futbolçunun nümayəndəsi Pol Kemsli bildirib.
Onun sözlərinə görə, hazırda Braziliya xəstəxanalarının birində müalicə alan Pele evə yazıldıqdan sonra ailəsi ilə istirahətə gedəcək. "Bundan sonra, 2015-ci ilin əvvəlində Pele Avstraliya, Çin, Nigeriya və Azərbaycana səfər edərək, dünya turnesinə çıxacaq".
Pol Kemsli həmçinin qeyd edib ki, bir müddət əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilən futbolçu indi özünü yaxşı hiss edir (Report.az).