1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İvaylo Petev: "Azərbaycandansa İtaliyanı seçərdim"
Bolqarıstan milli komandasının yeni baş məşqçisi İvaylo Petev İtaliya yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis rəqibin təqdimata və reklama ehtiyacının olmadığını bildirib.
O deyib ki, əsas məsələ öz komandasının necə çıxış etməsi və bunu ən yüksək səviyyədə bacarmasıdır: "Debüt matçı üçün Azərbaycan, Norveç və ya İtaliyanı seçməyə qalsaydı, mən sonuncusuna üstünlük verərdim. Vacib məsələ bizim necə müqavimət göstərəcəyimizlə bağlıdır. Bütün sahələrdə nizam-intizamlı olmaq lazımdır. Həmçinin, futbolçularımı yaxşı əhval-ruhiyyədə kökləmək istəyirəm".
Qeyd edək ki, Bolqarıstan millisi AVRO-2016-nın seçmə qrup mərhələsində ilk görüşünü Bakıda Azərbaycan yığmasına qarşı keçirib və qalib gəlib - 2:1. İtaliya ilə oyun martın 28-də Sofiyada baş tutacaq. İvaylo Petev ötən ilin yayında "Qəbələ"nin baş məşqçi postuna namizəd olsa da, son anda təyinat alınmayıb.