1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gedin Azərbaycanla oyundan danışdı
"Gürcüstanla oyun bizim üçün çox vacibdir, amma Azərbaycanla keçirəcəyimiz qarşılaşmanı da düşünməliyik". Sportnet.az-ın məlumatına görə, bunu Malta milli komandasının baş məşqçisi Pietro Gedin qonşu ölkə yığması ilə yoldaşlıq görüşü öncəsi Tiflisdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hazırda 4 zədəli futbolçunun millimizlə martın 28-də oynayacaqları AVRO-2016-nın seçmə qrup matçınadək sağalacağına ümid edirlər. Gedin Gürcüstanla görüşdə öz oyun üslublarını sərgiləməyə çalışacaqlarını da əlavə edib.
Qeyd edək ki, bu gün Mixal Mesxi adına stadionda keçiriləcək Gürcüstan - Malta matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Malta millisi Bakıya martın 26-da gələcək.