
Qol: Cavid Hüseynov, 4. Nazarov, 90+2
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (kap.), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 17. Vüqar Nadirov, 20. Namiq Ələskərov
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 15. Ruslan Abışov, 8. Eddi İsrafilov, 10. Elvin Məmmədov, 13. Dmitri Nazarov, 18. Coşqun Diniyev, 7. Vaqif Cavadov, 9. Məhəmməd Qurbanov, 11. Ruslan Qurbanov
Oyuna 20 dəqiqə qalmasına baxmayaraq, stadionda gözlənilən azarkeş kütləsi yoxdur. Hazırda tribunalarda təxminən 4000-dək tamaşaçı var.
Salam. Tofiq Bəhramov adına Respublika stadionundan Azərbaycan - Malta matçının mətn yayımına başlayırıq. Komandalar meydana çıxaraq, dövlət himnini dinləyirlər.


7` Kamilleri zədələnir. İlkin tibbi yardımdan sonra o, oyuna davam edir.
11` Maltanın hücumu nəticəsində Effionq Ağayevlə təkbətək çıxır. Onun zərbəsini qapıçı məharətlə dəf edir.
19` Millinin hücumu zamanı Ələsgərov rəqib futbolçu ilə mübarizədə yerdə qalır. Hakim oyunu davam etdirsə də, futbolçu oyuna davam edə bilmir. Onun yerinə Ruslan Qurbanov meydana daxil olmağa hazırlaşır.
22` Yığmamızdan növbəti hücum. Vüqar Nadirovun yaxın məsafədən zərbəsi qapının üstündən keçdi.

26` Maltanın hücumu zamanı Ağayev topu dəf etsə də, burnundan yüngül zədə aldı.
28` Cavid Hüseynovun cərimə meydançası çölündən zərbəsini qapıçı çətinliklə dəf edir. Ruslan Qurbanov hücumu qolla tamamlaya bilmir.
32` Vüqar Nadirov yenə yığmamızın hücumunu dəqiq zərbə ilə tamamlaya bilmir.
34` Meydanın mərkəzində Qarayevlə Brifffa arasında top uğrunda mübarizə nəticəsində münaqişə yaranır. Komanda yoldaşlarının və referinin müdaxiləsindən sonra ara sakitləşir.
35` Bezzinanın zədələnməsi səbəbindən oyunda kiçik fasilə yaranır.

40` Medvedevin qapı qarşısına ötürməsinə çatan olmadı.
42` Maltanın daha bir futbolçusu yerdə qalır. Millimiz oyunu davam etdirir. Ağayev buna, Prosineçki isə qonaq komandanın vaxtı uzatmasına etiraz edir.
45` Oyuna 2 dəqiqə əlavə olunur.
45+1 Əfran İsmayılovun künc zərbəsindən sonra Ruslan Qurbanovun baş zərbəsi qapının üstündən keçdi.



51` Cavid Hüseynov İsmayılovu qapıçı ilə təkbətək çıxarmaq istəsə də, qapıçı topa daha tez çatdı.
55` Medvedev irəlilədikdən sonra zərbə endirsə də, qapıçı asanlıqla tutdu.
59` Malta yığmasından təhlükəli hücum. Effionq qapı qarşısına uzun ötürməyə dəqiq zərbə endirə bilmədi.
60` Nadirovla Borq arasında kiçik münaqişə. Komanda yoldaşları insidentin böyüməsinə imkan vermir.
62` Effionqun zərbəsi dəqiq olmadı.
63` Nadirovun uzaqdan zərbəsini qapıçı çətinliklə dəf etdi.

75` Millimizin hücumu zamanı Nazarovun aşırma zərbəsi zəif alınır.
76` Şembrinin zərbəsini Ağayev asanlıqla tutdu.
78` Pisaninin başla zərbəsi az qala qolla nəticələnəcəkdi. Qapıçı topu tuta bildi.
79` Pisani təkbətək çıxsa da, yan xətt hakimi ofsayd qeydə alır.

83` Pisaninin zərbəsi xeyli təhlükəli alındı. Ağayev zərbəni çətinliklə tutdu.
84` Əmirquliyevin zərbəsi qapıdan azacıq aralı keçdi.
87` Maltalıların künc zərbəsindən sonra qapıçı ilə müdafiəçi arasında anlaşılmazlıq. Top qapı dirəyinə dəydi və xoşbəxtlikdən, qonaqlar qol vura bilmədilər.
88`

90` Oyuna 3 dəqiqə əlavə olundu.

