1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015" brendi mükafatlandırıldı
"Bakı 2015" I Avropa Oyunlarının brendi 2015 Transform Avropa Mükafatına layiq görülüb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bununla əlaqədar BEGOC-un ofisində mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə bildirilib ki, "Bakı 2015" brendi vizual elementlərdən ən yaxşı istifadə nominasiyasında 6 rəqibini üstələyib. Mərasimdə çıxış edən BEGOC-un baş icraçı direktoru Azad Rəhimov Oyunlara 50 gün qalmış belə nüfuzlu mükafata sahib olmalarını böyük hədiyyə adlandırıb: "Arzu edirəm ki, "Bakı 2015"in dünyanın ən mötəbər yarışına çevrilsin".
Qeyd edək ki, transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır. "Bakı 2015" brendinin görünüşü 2012-ci il London Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirmiş "SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb.