1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məşəl Şabanova ilə səyahətə başladı
"Bakı 2015" I Avropa Oyunları məşəlinin ilk estafetçisi həndbol üzrə olimpiya çempionu Rəfiqə Şabanova olub. Sportnet.az-ın məlumatına görə, prezident İlham Əliyev "Atəşgah" məbədində məşəli yandıraraq, çölə çıxardıqdan sonra onu Şabanovaya ötürüb.
Şabanova da öz növbəsində məşəllə qaçmağa başlayıb. Beləliklə, məşəl "Natiq" ritm qrupunun ifa etdiyi mahnı sədalarının və atəşfəşanlığın müşayiəti ilə ölkə boyunca səyahətə çıxıb.
Qeyd edək ki, estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda "Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.