Bu gün Avropa Çempionatına hazırlıqla bağlı Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti və Türkiyə Voleybol Federasiyasının prezidenti Özkan Mutlugil Göygöldə səfərdə olub. Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, Göygöl İcra Hakimiyyətinin və İdman İdarəsinin rəhbərləri iştirak edib.
Artıq Göygöl Olimpiya Kompleksində hazırlıq işlərinə start verilib.
Noyabr ayında Bakıda 2017-ci il Avropa Çempionatının keçirilməsi ilə bağlı müqavilənin imzalanma mərasimi və çempionatın püşkatma mərasimi keçiriləcək.
Qeyd edək ki, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa Çempionatı Azərbaycanda və Gürcüstanda keçiriləcək. İki qrupun oyunları Bakıda, bir qrup Gürcüstanda və bir qrupun oyunları isə Göygöl Olimpiya Kompleksində keçiriləcək.