1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məmmədyarov ilk qələbə ilə 4-cü pillədə
Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə Tata Steel Chess superturnirində ikinci tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov turu qələbə ilə başa vurub. 33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı, dördqat dünya çempionu Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub.
Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. Sabiq və hazırkı dünya çempionları Vişvanatan Anand (Hindistan) və Maqnus Karlsenin (Norveç) də 1,5 xalı var. Turnir cədvəlinə isə 2 xalla Aniş Giri (Hollandiya) başçılıq edir.
Qeyd edək ki, yanvarın 15-də keçiriləcək üçüncü turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.