Ağ ciyər xərçəngindən vəfat edən gənclər və idman naziri Azad Rəhimovun ABŞ-dan Bakıya gətirilib.
Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazəni nazirlik və Milli Olimpiya Komitəsi rəsmiləri, mərhumun yaxınları qarşılayıb.
Pandemiya səbəbindən dəfn mayın 2-də məhdud sayda şəxsin iştirakı ilə keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.