1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Formula 1 üzrə dünya çempionatına start verilir
Bu gün Formula 1 üzrə dünya çempionatına start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk Qran Pri Avstraliyada keçiriləcək.
Əvvəlcə test yürüşləri olacaq ki, bu da Bakı vaxtı ilə saat 05:30-da (yerli vaxtla saat 12:30) başlayacaq. Melburnda keçiriləcək yürüşlər 1.5 saat davam edəcək. Bir gün sonra isə sıraları müəyyənləşdirmək üçün yürüş olacaq. Martın 20-də isə yarış keçiriləcək.
Melburn trasının uzunluğu 5 min 300 metrdir.
Dünya çempionatında ümumilikdə 10 komandadan 21 pilot mübarizə aparacaq. Bunlar Lüis Hamilton, Niko Rosberq (Mercedes), Sebastian Fettel, Kimi Raykkönen (Ferrari), Valttrei Bottas, Felipe Massa (Williams), Daniil Kvyat, Daniyel Rikkiardo (Red Bull Racing), Serxio Peres, Niko Halkenberq (Force İndia), Romain Qrosyean, Pastor Maldonado (Lotus), Maks Versappen, Karlos Saynts (Toro Rosso), Felipe Nasr, Markus Eriksson (Sauber), Censon Button, Fernando Alonso (Mclaren), Roberto Merhi, Aleksander Rossi, Uill Stevensdir (Marussia).
Qeyd edək ki, Formula 1-in Avropa Qran Prisi 17-19 iyunda Bakıda keçiriləcək.