
Fransanın paytaxtı Parisdə tennis üzrə "Roland Garros" (Böyük Dəbilqə) turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, serbiyalı Novak Cokoviç kişilərin fərdi mübarizəsində ən güclü adına sahib çıxıb.
N.Djokoviç həlledici görüşdə ingiltərəli Endi Marreyə qalib gəlib - 3:6, 6:1, 6:2, 6:4. Bu 29 yaşlı tennisçinin "Roland Garros"da ilk, "Böyük Dəbilqə"də isə 12-ci uğuru olub.
Qadınların fərdi görüşündə ABŞ təmsilçisi Selena Uilyams finalda ispaniyalı Muqurusa Qarbinyeyə uduzub. 7:5, 6:4 hesablı üstünlüklə qələbəyə nail olan M.Qarbinye "Böyük dəbilqə" seriyalı turnirlərdə ilk dəfə qalib olub.
Qeyd edək ki, "Roland Garros"un mükafat fondu 32.5 milyon avrodur.