1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiadada möhtəşəm uğur: 24 idmançıya 15 medal - TƏHLİL
Azərbaycan milli komandası Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında möhtəşəm nailiyyətə imza atıb. Sportnet.az-ın məlumatına görə, ölkəmiz olimpiadanı 5 qızıl, 6 gümüş, 1 bürünc medalla başa vurub.
Üstəlik, nümunəvi xarakterli uşu yarışlarında təmsilçilərimiz 1 gümüş, 2 bürünc medala sahib olublar.
Qızıl medallardan 3-ü son yarış günündə əldə olunub. Sərbəst güləşçilərimiz Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), eləcə də boksçumuz Rüfət Hüseynov (49 kq) olimpiya çempionu olublar. Əvvəlki yarış günlərində taekvondoçumuz Səid Quliyev (73 kq) və yunan-Roma güləşçisi İslambek Dadov (69 kq) da hamıdan güclü olmuşdu. Taekvondoçu Ceren Özbek (44 kq), cüdoçular Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq), yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq), qadın güləşçi Leyla Qurbanova (52 kq), akademik avarçəkən Boris Yotov (1 nəfərlik qayıq) gümüş medala yiyələnib. Yeganə bürünc medala isə atletikanın 3 təkanla uzununa tullanma növündə Nazim Babayev əldə edib.
Ümumiyyətlə, Nankinə 24 idmançı yollanıb. Onlardan 15-i mükafatçılar sırasına düşməyi bacarıb. Ölkəmizin təmsil olunduğu növlər arasında yalnız üzgüçülük (1), kamandan oxatma (1) və atıcılıq (1) növlərində medal olmayıb. Güləş (5), cüdo (2) və akademik avarçəkmə (1) növlərində maksimum sayda medal qazanılıb. Eyni zamanda, 4 taekvondoçumuzdan 2-si 3 boksçumuzdan və 3 atletimizdən hərəyə 1-i mükafatla dönür.
Qeyd edək ki, Azərbaycan yığması 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 5 qızıl, 3 gümüş medalla başa vurub. 4 il öncə ölkəmizi 6 növ – güləş, boks, ağırlıqqaldırma, cüdo, taekvondo və kanoe növlərində üst-üstə 12 idmançı təmsil edib.