"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Sebastyan Fettel bığlarını qırxıb.
Sportnet.az-ın məlumatına görə, İtaliya komandasının "Twitter"də dərc olunmuş yeni fotosunda almaniyalı dördqat dünya çempionu yeni imicdə olub. O, "Çin Qran-prisindən sonra İtaliyanın Maranello şəhərində texniki dayanacaq" yazaraq, tezliklə Azərbaycan Qran-prisində iştirak edəcəyini xatırladıb. Fettelin bığlarının britaniyalı pilot Nacel Menselə bənzətmə olduğu güman edilirdi. Lakin 32 yaşlı idmançı bunu atası Norbert Fettelə hörmət əlaməti kimi dəyərləndirib.
Qeyd edək ki, ilk 3 mərhələdən sonra Sebastyan Fettel şəxsi hesabda dördüncü yeri tutub. O, hələlik yalnız bir dəfə podiuma 3-cü yerin sahibi kimi qalxıb. Təcrübəli pilot çempionatın lideri Lüis Hemiltona 31 xal uduzur. Valtteri Bottas ikinci, Maks Ferstappen üçüncü yerdə gedir. Növbəti Qran-pri 26 - 28 apreldə Bakıda keçiriləcək.