"Mercedes" və "Toro Rosso" komandaları Monako Qran-prisinə ötən günlərdə həyatını itirən dünya çempionu Niki Laudanın xatirəsinə həsr etdiyi yeni dizaynlı avtomobillərlə çıxacaq.
Sportnet.az-ın verdiyi məlumata görə, hər iki "Mercedes W10"un üzərində "Danke Niki" ("Çox sağol, Niki") yazısı yerləşdiriləcək və motor örtüyünün üzərindəki ulduzlardan biri qırmızı rəngli olacaq. Həmçinin, "Toro Rosso" komandasının da maşının üzərinə "Danke Niki" yazısını və pilotun şəklini yerləşdirəcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, Lauda "Mercedes" idarəçilərindən biri olub.