1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qoyun sataraq çempion oldu
Ömürlük iflicə məhkum olanlara çarə tapmaq üçün dünyanın 35 ölkəsində təşkil edilən "Wings For Life World Run" yarışmasının ilk çempionu maraqlı əhvalat danışıb. Sportnet.az-ın məlumatına görə, perulu Remigio Huaman öz hekayəsi ilə hər kəsi təəcübləndirib.
O, çempionluğu qarşılığında anasının qoyununa borclu olduğunu açıqlayıb. Həyatı boyu Perudakı 3500 metr hündürlükdə yerləşən Attalla kəndindən kənara çıxmamış Huaman gündə 2-3 saatını qaçmaqla keçirib. O, sonradan "World Run" yarışmasının adını eşidib və qatılmaq istəyib. Anası ona bir idman ayaqqabısı ala bilmək üçün qoyununu satıb. Oğlu tam 78.5 kilometr məsafəni qaçaraq adını bütün dünyaya tanıdıb.
Qeyd edək ki, qaça bilməyənlər üçün qaçmaq və ömürlük iflic xəstəliyinə tutulanlara çarə tapmaq məqsədi ilə ilk çempionat ötən il təşkil olunub.