
Bu qərarların verilməsini M.Rüstəmli manatın məzənnəsinin düşməsi ilə əlaqələndirib: "Manatın devalvasiyası hər kəsə bəllidir. Hər şeyi dollar ilə alırıq. Bu da büdcəmizə təsir edir. Məlum olduğu kimi, qəzetin satışı ilə bağlı da çətinliklər var. Məhdud sayda qəzet sata bilirik. Bütün bu problemləri əsas götürərək iki işçini də ixtisar etdik. Əsas səbəb budur. Bir az maddi cəhətdən problemlər yaşayırıq".
Qeyd edək ki, "Futbol+" qəzeti həftədə 5 dəfə işıq üzü görür.
