"Formula 1" komandaları "Aston Martin" və "Red Bull" 2021 mövsümü üçün maliyyə reqlamentini pozub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yaydığı hesabatda bildirilib.
"Aston Martin" prosedur pozuntusuna yol veribsə, "Red Bull" xərcləmə limitini keçib.
Komandalara qarşı görülən tədbirlər daha sonra açıqlanacaq.