
Serbiyalı tennisçi Novak Cokoviç tarixə düşüb.
Sportnet.az xəbər verir ki, 36 yaşlı idmançı buna ABŞ Açıq çempionatının (USA Open) finalında rusiyalı Daniil Medvedevi məğlub etməklə (3:0) nail olub.
Serbiyalı raketka ustası turnirdə qalib olan ən yaşlı tennisçi adına sahib çıxıb.
O, avstraliyalı Ken Rozuollun 1970-ci ildən (35 yaş) müəyyənləşdirdiyi rekordu yeniləyib.
Bundan əlavə, Cokoviç 24-cü dəfə Böyük Dəbilqə turnirində qələbə qazanmaqla digər avstraliyalı Marqaret Kortun rekordunu təkrarlayıb.