Azərbaycanın gənc yunan-Roma güləşçiləri Dağıstanın Kaspiysk şəhərində Surakat Asyatilovun xatirə turnirinə yollanıb.
Sportnet.az-ın məlumatına görə, aprelin 4-də start götürəcək ənənəvi yarışa yığmanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında Zaur Əliyev, Rəvan Rəcəbov (hər ikisi 55 kq), Zaur Nuriyev (63 kq), Ramin İsrayilov (67 kq), Cavid Miralayev (77 kq), Şirxan Quliyev (82 kq) və Sərxan Məmmədov (130 kq) qatılıb.
Üç gün davam edəcək turnirdə beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov ədaləti qoruyacaq.