Azərbaycanın taekvondo üzrə milli komandası Xarkovda keçirilmiş açıq Ukrayna çempionatında maksimum nəticə göstərib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışa qatılan 9 idmançının hamısı medal qazanıb. Qaşın Maqomedov (58 kq), Milad Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) çempion tituluna yiyələniblər.
Bəhruz Quluzadə (54 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Cavad Ağayev (68 kq) və Ayxan Tağızadə (74 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, Qaşın Maqomedov qızıl medalla yanaşı, yarışın ən yaxşı idmançısı nominasiyasının da qalibi olub.