
Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev Dağıstanın Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə keçirilən turnirdə fəxri kürsüyə qalxıb.
Sportnet.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan Hacıyev bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborovu üstələyib.
Qeyd edək ki, 50-ci dəfə təşkil olunan turnirə mayın 3-də yekun vurulacaq.