
İordaniyanın paytaxtı Əmmanda keçirilən G1 kateqoriyalı "El Hassan Cup" turnirində Azərbaycanın iki taekvondoçusu medala sahib olub.
Sportnet.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev və 80 kq-dakı Milad Beigi Hərçəqani bütün rəqiblərinə qalib gəlib. Onlar fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.