Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın sonuncu sərbəst güləşçilərinin ilk rəqibləri bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 61 kq çəkidə Əhmədnəbi Qvarzatilov 1/8 finalda kubalı Bonne Rodriqeslə, 79 kq çəkidə Cəbrayıl Həsənov isə eyni mərhələdə Piotr Sokalski (Polşa) - Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi ilə güləşəcək.
86 kq çəkidə yarışan Aleksandr Qostiyev özbəkistanlı Cəbrayıl Şaiyevlə üz-üzə gələcək. 97 kq-da Şərif Şərifov Cənubu Koreya təmsilçisi Seo Minvonla qarşılaşacaq. Hər ikisi təsnifat mərhələsindən mübarizəyə start verəcək.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.