İtaliyanın Bari şəhərindəki taekvondo üzrə G4 kateqoriyalı Avropa Oyunlarında Azərbaycan millisi ilk medalını qazanıb.
Sportnet.az xəbər verir ki, Qaşım Maqomedov 58 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Qeyd edək ki, yarışda kişilərdən Cavad Ağayev (68 kq) və Radik İsayev (+80 kq), qadınlardan Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (+67 kq) da mübarizəyə qoşulacaq.