Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan güləşçilərinin də ilk rəqibləri bəlli olub.
Üç gün davam edəcək turnirdə ölkəmizi 14 idmançı təmsil edəcək. Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda sərbəst güləşdə 5, yunan-Roma güləşində 4, qadın güləşində 5 təmsilçimiz xalça üzərinə çıxacaq.
Yunan-Roma güləşi, 5 aprel
60 kq. Nihat Məmmədli – Oleksey Maşuk (Ukrayna)
87 kq. İslam Abbasov – Turpal Bisultanov (Danimarka)
97 kq. Murad Əhmədiyev – Aleksandar Stepanetiç (İsveç)
130 kq. Beka Kandelaki – Oskar Marvik (Norveç)
Qadın güləşi, 6 aprel
50 kq. Mariya Stadnik – ilk mərhələdən azaddır
53 kq. Elnurə Məmmədova – Veronika Ryabovolova (Şimali Makedoniya)
57 kq. Jalə Əliyeva - ilk mərhələdən azaddır
62 kq. Birgül Soltanova – Amelin Duarre (Fransa)
68 kq. Elis Manolova – Mimi Xristova (Bolqarıstan)
Sərbəst güləş, 7 aprel
57 kq. Əliabbas Rzazadə - Simone Piroddu (İtaliya)
65 kq. Hacı Əliyev – Həmzət Arsamerzoyev (Fransa)
74 kq. Turan Bayramov – Tobias Portmann (İsveçrə)
86 kq. Osman Nurmaqomedov – Domantas Pauliçenko (Litva)
125 kq. Giorgi Meşvildişvili – ilk mərhələdən azaddır
Qeyd edək ki, Maqomedxan Maqomedov (97 kq) sərbəst, Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanova (77 kq) yunun-Roma güləşində olimpiya lisenziyası qazanıb.