
Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, o, qadınlar arasında 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, yarış martın 24-nə qədər davam edəcək.